Ermənistan qonşu dövlətlərin resursları ilə bizə qarşı kiber hücum edir
04 May 2011 Çərşənbə 12:52
Bu barədə Milli Təhlükəsizlik Nazirliyinin informasiya təhlükəsizliyi idarəsinin rəhbəri Kərim Kərimov bildirib.
"Ermənistan yalnız Azərbaycan ərazisinin bir hissəsini işğal etməyib, həm də Azərbaycana qarşı virtual dünyada təcavüzkarlıq etməyə davam edir". Bu barədə ölkənin Milli Təhlükəsizlik Nazirliyinin informasiya təhlükəsizliyi idarəsinin rəhbəri Kərim Kərimov bildirib.
"Ermənistan yalnız öz milli resursları vasitəsilə deyil, həm də qonşu dövlətlərin seqmentləri vasitəsilə Azərbaycana qarşı kiberhücum həyata keçirir", – K.Kərimov Bakıda keçirilən “Kiber və Milli təhlükəsizlik: NATO-nun siyasəti və milli baxış” adlı konfransda çıxış edərək bildirib.
MTN idarə rəisi bildirdi ki, Azərbaycan iki nazirliyin internet-resursları barəsində belə hücumların qarşısını almağa nail olub. "Bu faktların araşdırılması zamanı aydın olub ki, belə hücumların arxasında Ermənistan vətəndaşları dayanırlar", – deyə o qeyd edib. K.Kərimov vurğulayıb ki, ümumiyyətlə, MTN bir çox hallarda erməni tərəfindən təşəbbüs edilən kiberhücumların, informasiya resurslarına daxil olmaların qarşısını almağa müvəffəq olur.
Bununla yanaşı o qeyd edib ki, MTN etniklərarası və dinlərarası düşmənçiliyə, terrorun təşkilinə səsləyən internet-saytların respublikada fəaliyyətini dayandırıb. “Lakin bu saytların əksəriyyəti xarici resurslar vasitəsilə öz fəaliyyətini bərpa ediblər", – deyə o qeyd edib. Buna görə, K.Kərimov hesab edir ki, dövlətlər tərəfindən virtual dünyada belə fəaliyyətin qarşısının alınması üzrə birgə tədbirlər qəbul edilməlidir.
MTN-nin idarə rəisi vurğulayıb ki, erməni tərəfi virtual dünyada Azərbaycan haqqında yalan məlumatları fəal yaymaqdadır. "Təəssüf ki, dünyada bəzi məşhur resurslar öz etibarlılığını itirir. Bununla əlaqədar olaraq, "Vikipediyanı" qeyd etmək olar ki, orada bir çox hallarda Azərbaycan haqqında həqiqətə uyğun olmayan informasiya yerləşir", – deyə o qeyd edib.
Rabitə və informasiya texnologiyaları nazirinin müavini Elmir Vəlizadə öz tərəfindən qeyd edib ki, virtual dünya münaqişələrin müxtəlif növünün gərginləşməsi və cinayətlərin təşkil edildiyi məkana çevrilir. "Təəssüf ki, dünyada mövcud olan millətlərarası və dinlərarası münaqişələr virtual dünya müstəvisinə keçirlər. Burada həmçinin terrorun törədilməsinə çağırışlar müşahidə olunur", – deyə E.Vəlizade bildirib. Bununla əlaqədar olaraq, nazir müavini virtual dünyada belə növ kiberhücum və cinayətdən müdafiənin təminatına ehtiyacın olmasını bildirib, xüsusən də ona görə ki, bu gün Azərbaycan sakinlərinin yarısı internet istifadəçisidir.
Nazir müavini həmçinin bildirib ki, Azərbaycanda tezliklə kibercinayətkarlıqla mübarizə üzrə ayrıca qurumun yaradılması nəzərdə tutulur. anspress
DOSTLARINLA PAYLAŞ: