Ermənistan Qarabağ üzrə alt komitənin bərpa edilməsini istəmir
12 Mart 2010 Cümə 11:40
Nümayəndə heyəti AŞ PA-da alt komitənin bərpa edilməsinin başqa vaxta keçirilməsini təklif edib
Avropa Şurası Parlament Assambleyası (AŞ PA) bürosunda Dağlıq Qarabağ münaqişəsi üzrə alt komitənin fəaliyyətinin bərpa edilməsi müzakirə olunub. Azərbaycanın qurumdakı nümayəndə heyətinin rəhbəri Səməd Seyidovun sözlərinə görə, AŞ PA Dağlıq Qarabağ münaqişəsi ilə bağlı məsələni yenidən gündəmə gətirib. Münaqişə üzrə alt komitənin fəaliyyətinin bərpa edilməsi məsələsi büro üzvləri tərəfindən müsbət qarşılanıb.
Ermənistan nümayəndə heyəti konstruktiv danışıqlardan uzaq olduğunu bir daha nümayiş etdirib.
Nümayəndə heyətinin rəhbəri isə yığıncağa gəlməyib. O, iştirak etməməsi barədə heç bir səbəb göstərmədən alt komitənin fəaliyyətinin bərpa edilməsi məsələsinin başqa vaxta keçirilməsi təklifini irəli sürüb. Buna baxmayaraq, büro üzvlərinin əksəriyyəti bildirib ki, alt komitənin fəaliyyəti mütləq bərpa edilməlidir.
Məsələnin Parlament Assambleyasının yaz sessiyası dövründə müzakirə edilməsi qərara alınıb. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: