Ermənistan prezidenti: Bizim üçün aydın deyil ki, AŞPA Dağlıq Qarabağ üzrə Alt Komitədən nə gözləyi
22 İyun 2011 Çərşənbə 17:00
Alt Komitə sülh danışıqlarının detallarından xəbərsiz idi, ona görə də prosesə müsbət töhfəsini verə bilməzdi.
“Ermənistan nümayəndə heyətinin iştirakı olmadan Dağlıq Qarabağ üzrə Alt Komitənin fəaliyyəti mümkün deyil. Bu komitənin bərpa edilməsi zamanı erməni tərəfi ilə məsləhətləşmələr aparılmayıb və bizim üçün aydın deyil ki, Assambleya bu komitədən nə gözləyir?” APA-nın Avropa bürosunun məlumatına görə, bu fikirləri Ermənistan prezidenti Serj Sərkisyan AŞPA-nın plenar iclasında çıxışı zamanı deyib.

Parlamentarların suallarını cavablandıran Sərkisyan AŞPA-nın Dağlıq Qarabağ üzrə Alt Komitəsinin fəaliyyətinə də toxunub: “Hesab edirik ki, AŞPA bizim regionda sülhün və stabilliyin inkişaf etdirilməsi üçün çox əhəmiyyətli rol oynayır. Bunun üçün də biz elə addımlar atmalıyıq kı, dediyim bu prosesi zərbə altında qoymayaq. Belə bir fikir səslənir ki, güya bu Alt Komitə öz işini Rassel Constonun vəfatından sonra dayandırıb. Bu, belə deyil. Alt Komitə təbii ki, sülh danışıqlarının detallarından xəbərsiz idi. Bu komitənin münaqişənin nə təməlindən, nə də tarixindən xəbəri vardı, o sadəcə həll prosesinin sonrakı mərhələsinə qoşulmuşdu. Ona görə də prosesə müsbət töhfəsini verə bilməzdi. Assambleya bu münaqişənin həlli ilə məşğul olmur və bu iş ATƏT-ə tövsiyə olunub. Ona görə də bu komitənin işi məhsuldar ola bilməz və mən bu məsələdə AŞPA-dakı nümayəndə heyətimizi dəstəkləyirəm”. APA


DOSTLARINLA PAYLAŞ:

oyunlar