Ermənistan ordusu fevralda cəhbədəki itkilərini açıqladı
05 Mart 2013 Çərşənbə Axşamı 02:08
İki erməni əsgəri məhv edilib, 3-ü yaralanıb.
Ermənistanın Müdafiə Nazirliyi fevralda cəhbədə verilən itkiləri açıqlayıb. ANS PRESS-in nazirliyin internet saytına istinadən verdiyi məlumata görə, Ermənistan tərəfi Azərbaycanın ötən ay 1300 dəfə atəşkəsi pozduğunu iddia edir. Fevralda cəbhə xəttində 230 dəfə snayeper silahlından, təxminən 115 dəfə irikalibrli silahlardan, o cümlədən, 45 dəfə irikalibrli snaper silahlarından istifadə edilib. Ötən ay Ermənistan ordusunun iki əsgəri məhv edilib, üçü isə yaralanıb. Ermənisitanın Müdaifə Nazirliyi bəyan edir ki, bundan başqa, bir mülki şəxs də yaralanıb.


DOSTLARINLA PAYLAŞ:

oyunlar