Ermənistan müharibəyə hazırlaşır
09 Dekabr 2009 Çərşənbə 01:10
Ermənistan müharibəyə hazırlaşır. Hərbçilərə həm dinc, həm də müharibə şəraitində vətəndaşların nəqliyyat vasitələrindən istifadə etmək hüququ verildi.
Ermənistan parlamenti “Nəqliyyat vasitələrindən müdafiə məqsədilə istifadə edilməsi haqqında” qanunu sonuncu oxunuşda qəbul edib. Bundan başqa, “Hazırlıq və səfərbərlik haqqında” qanuna da təşkilat və vətəndaşlara məxsus nəqliyyat vasitələrindən müdafiə məqsədilə istifadə ilə bağlı bir sıra dəyişikliklər edilib. Dəyişikliklərə görə, nəqliyyat vasitələrində həm müharibə, həm də dinc şəraitdə istifadə etmək mümkün olacaq.
Ermənistan müdafiə nazirinin müavini Ara Nazaryan bildirib ki, qanun layihəsi silahlı qüvvələrin döyüş harlığı səviyyəsinin artırılmasına imkan verəcək. Yeni qanuna görə, dinc şəraitdə nəqliyyat vasitələri təlim toplanışları, komanda-qərargaş və ya qərargah təlimlərində, manevrlərdə, müharibə şəraitində isə silahlı qüvvələr tərəfindən mülkiyyətçiyə xəbərdarlıq edilməklə istifadə oluna bilər. Qəbul edilmiş qanun və mövcud qanuna edilmiş dəyişikliklərdə dinc şəraitdə nəqliyyat vasitələri ilə bağlı məlumatların toplanmasında əlaqədar orqanlar arasında səlahiyyət bölgüsü də nəzərdə tutulur. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: