Ermənistan müharibəyə hazırlaşır
21 Oktyabr 2009 Çərşənbə 19:35
Serj Sarkisyan gözlənilmədən Dağlıq Qarabağa gəlib
Ermənistan prezidenti Serj Sarkisyan işğal altında olan Dağlıq Qarabağ regionuna səfərə gəlib. Səfər zamanı onu müdafiə naziri Seyran Ohanyan müşayiət edib. Sarkisyan burada hərbçilərlə görüşüb.
Ermənistan prezidenti qondarma Dağlıq Qarabağ ordusunun zabit heyəti üçün tikilən yeni binanın açılış mərasimində iştirak edib. O həmçinin yenidən qurulmuş artileriya texniki təminat mərkəzində olub.
Sabah Xankəndində Sarkisyanın "DQR" ordusunun yüksək rütbəli hərbçiləri ilə görüşü keçiriləcək. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: