Ermənistan Konstitusiya Məhkəməsi protokollarla bağlı qərar verdi
12 Yanvar 2010 Çərşənbə Axşamı 16:35
Məhkəmə protokolların konstitusiya uyğun olduğunu təsdiq edib.
Ermənistan Konstitusiya Məhkəməsi Türkiyə-Ermənistan protokollarının ölkə Konstitusiyasına uyğun olması barədə qərar qəbul edib.

Qeyd edək ki, bu gün səhər saatlarından etibarən məhkəmədə protokollarla bağlı dinləmələr keçirilib. İclasda Ermənistan prezidentini rəsmi olaraq xarici işlər naziri Edvard Nalbandyan təmsil edib.

Türkiyə və Ermənistan arasında münasibətlərin normallaşdırılmasını və sərhədlərin açılmasını nəzərdə tutan protokollar 2009-cu il oktyabrın 10-da Sürixdə imzalanıb. Protokolları Ermənistan və Türkiyə xarici işlər nazirləri, Edvard Nalbandyan və Əhməd Davudoğlu imzalayıb. İmzalanma mərasimində Fransa, ABŞ, Rusiya və İsveçrənin xarici işlər nazirləri iştirak edib. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar