Ermənistan kənd təsərrüfatı nazirinin müavini: Azərbaycan nümayəndə heyətimizin təhlükəsizliyini ta
19 Aprel 2012 Cümə Axşamı 12:48
Azərbaycan hökuməti BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) Avropa üzrə 28-ci Regional Konfransında və Kənd Təsərrüfatı üzrə Avropa Komissiyasının 37-ci Sessiyasında iştirak etmək üçün Bakıya gələn Ermənistan nümayəndə heyətinin təhlükəsizliyini tam təmin edib.
“APA-Economics”in xəbərinə görə, bunu jurnalistlərə açıqlamasında Ermənistan kənd təsərrüfatı nazirinin müavini Armen Poqosyan bildirib.
Onun sözlərinə görə, təhlükəsizlik yüksək səviyyədə təşkil olunub və bundan razıdırlar: “Qatıldığımız bu konfransda kənd təsərrüfatı sahəsində regionda ərzaq təhlükəsizliyi ilə bağlı layihələr müzakirə olunur. Həmçinin bu sahədə tədbirin iştirakçısı olan ölkələrin nümayəndələri ilə görüşlər keçirilir”.
Qeyd edək ki, A.Poqosyan Ermənistanın işğalı altında olan Azərbaycan torpaqlarında mütəmadi olaraq yanğınlar törədilməsi və bunun flora-faunaya təsirinə dair suala cavab verməkdən yayınıb, yalnız FAO-nun tədbiri ilə bağlı sualları cavablandırıb.
DOSTLARINLA PAYLAŞ: