Ermənistan silahlı qüvvələrinin bölmələri avqustun 4-də və 5-də atəşkəsi pozub. Erməni ordusu saat 10.20-dən 10.30-dək və 20.25-dən 20.40-dək Ermənistanın Noyemberyan rayonu Vozaşen və İcevan rayonu Azatamut kəndlərində yerləşən mövqelərdən Qazax rayonunun ərazisindəki adsız yüksəkliklərdə və Cəfərli kəndi ərazisində yerləşən mövqelərimizi, saat 22.30-dan 22.45-dək və avqustun 5-də saat 06.25-dən 06.40-dək Xocavənd rayonunun Kuropatkino kəndi yaxınlığında yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutublar. Müdafiə Nazirliyinin mətbuat xidmətinin məlumatına görə, bütün hallarda düşmən cavab atəşi ilə susdurulub. İtki yoxdur./ANS PRESS/