Ermənistan hökuməti seçkilər ərəfəsində öz xalqını aldadır
28 Oktyabr 2012 Bazar 01:15
Ermənistan hökuməti seçkilər ərəfəsində siyasi divident qazanmaq üçün, Avstraliyanın işğal altında olan Dağlılıq Qarabağın müstəqilliyinin tanıması barədə yalan məlumat verməklə öz xalqına aldadır.
Bunu Azərbaycan Xarici işlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Elman Abdullayev APA-ya deyib.

O vurğulayıb ki, xalqların öz müqəddəratını həll etməsi və müstəqilliyi tanıması prinsipləri tamamilə fərqli anlayışdır.

Diplomat deyib: “Əgər xalqların öz müqəddəratını həll etməsi prinsipi dövlətin ərazi bütövlüyü anlayışı ilə ziddiyyət təşkil edirsə, bu prinsip barədə danışıla bilməz. Azərbaycan xalqların öz müqəddəratını həll etməsi hüququna hörmətlə yanaşır, lakin bu dövlətin ərazi bütövlüyü çərçivəsində reallaşa bilər. Mən ərazi bütövlüyü pozulmadan xalqların öz müqəddəratını həll etməsi prinsipini təmin olunduğu bir neçə dövləti misal gətirə, həmin ölkələrdən bəziləri coğrafi baxımından Azərbaycana yaxındır. Ermənistan rəhbərliyi diaspora vasitəsi ilə öz ölkəsinin ictimai fikri ilə manipulyasiya etməyə çalışır. Onlar erməni xalqını inandırmağa çalışırlar ki, guya Avstraliya işğal altında olan ərazilərin müstəqilliyi tanıyıb. Avstraliya rəsmi səviyyədə dəfələrlə Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini dəstəklədiyi bəyan edib. Bundan başqa, Avstraliya hökuməti öz vətəndaşlına Ermənistan tərəfindən işğal olmuş Azərbaycan ərazilərinə getməməyə çağırıb”.


DOSTLARINLA PAYLAŞ:

oyunlar