Ermənistan hakimiyyətinin Xocalı ilə bağlı növbəti məğlubiyyəti
14 Mart 2013 Cümə Axşamı 08:33
Xocalı qətliamı haqqında qətnaməni Çexiya parlamentinin xarici münasibətlər komissiyası da qəbul edib.
Serj Sarkisyan və onun xarici işlər naziri diplomatik arenada uğursuz işlər zəncirini davam etdirirlər. Bu barədə populyar İrəvan qəzeti "Joxovurd" yazır. İndi Xocalı qətliamı haqqında qətnaməni Çexiya parlamentinin xarici münasibətlər komissiyası da qəbul edib.

Mətbu orqanda yer alan məlumata görə, Ermənistan XİN bu barədə məlumatlandırılmayıb və təbii olaraq da qərara qarşı heç nə edə bilməyib. Bəyanat haqqında Ermənistan ictimaiyyəti yalnız o qəbul ediləndən sonra xəbər tutub.

Ermənistanın Xocalı əhalisini soyqırıma məruz qoymasını qəbul edən dünyanın bir çox ölkələrinin dövlət xadimlərinin, parlamentlərin, senatların, ictimai təşkilatlarının sayı artır.

Və burada əsas pay ancaq bizim diplomatların yox, həm də "Xoca" filmini lentə alan azərbaycanlı rejissor Vahid Mustafayevə düşür. Bu ekran işinin təqdimatı ancaq Bakıda deyil, Londonda, Haaqada, İstanbulda, Amsterdamda, Misirdə, MDB ölkələrində də uğurla baş tutub. İndi isə film yunan dilinə dublyaj edilir və bu ilin aprel ayında Afinada nümayiş ediləcək.

Bir çox ekspertlər düşünürlər ki, V.Mustafayevin filminin dünya ekranlarına çıxması başıbəlalı Ermənistan təbliğat maşınının ciddi kökdən düşməsinə səbəb olub.


DOSTLARINLA PAYLAŞ:

oyunlar