Ermənistan çirkab sularını çaylarımıza axıtmaqda davam edir
27 İyul 2010 Çərşənbə Axşamı 12:45
Transsərhəd çaylarında monitorinq keçirilib.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ətraf Mühit üzrə Milli Monitorinq Departamenti Kür və Araz transsərhəd çaylarının, həmçinin, onların transsərhəd qollarının çirklənmə səviyyəsini öyrənmək məqsədilə iyul ayının II ongünlüyü üçün növbəti monitorinq həyata keçirib. İyul ayının II ongünlüyündə Kür çayında suyun sərfi iyul ayının I ongünlüyünə nisbətən 76 m3/san azalaraq 158 m3/san təşkil edib.

Monitorinqin nəticələrinə əsasən, Kür çayı və onun qollarında Gürcüstan və Ermənistan ərazilərindən təmizlənmədən birbaşa su obyektlərinə axıdılan məişət tullantıları və sənaye müəssisələrinin çirkab sularının təsiri nəticəsində biogen maddələrin miqdarı normadan dəfələrlə artıq olub. Aparılan monitorinqin nəticələrinə görə, Ermənistan ilə transsərhəd olan Araz çayında suyun sərfi 189 m3/san olub. Suyun tərkibindəki spesifik çirkləndiricilərdən fenol və mis birləşmələri yol verilən qatılıq həddini (YVQH) keçib.

Suyun oksigen rejimi bütün məntəqələrdə 6,46-6,57 mq/l arasında olmaqla sanitar norma daxilində dəyişib. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar