Ermənistan Azərbaycanı münaqişəyə cəlb etmək istəyir
02 Avqust 2014 Şənbə 19:39
Cəbhədə aktivləşmə Azərbaycanın getdikcə güclənməsi ilə əlaqədardır.
"Cəbhədə aktivləşmə Azərbaycanın getdikcə güclənməsi ilə əlaqədardır".

ANS TV-nin məlumatına görə, azərbaycanlıların və ermənilərin birgə yaşadıqları qonşu Gürcüstanda Dağlıq Qarabağ münaqişəsilə bağlı müxtəlif fikirlər mövcuddur.

Siyasi ekspert Ramazi Sakuarelidze Azərbaycan - Ermənistan Dağlıq Qarabağ münaqişəsininin həm də Gürcüstanın problemi olduğunu deyib: “Bizim üçün həm ermənilər, həm də azərbaycanlılar sadəcə qonşu deyillər, həm də onlar bizim yerlilərimizdir, onlar Gürcüstanda yaşayırlar. Deməli onların arasındakı münaqişə bizim daxili münaqişəmizdir. Buna görə də bu münaqişənin elə həlli yolunu tapmaq lazımdır ki, heç bir tərəfdən insan itkisi olmasın”.

Ekspertin fikrincə ermənistan tərəfinin son günlər cəbhədə aktivləşməsi Azərbaycanın getdikcə güclənməsilə əlaqədardır:

“Bildiyimiz kimi Azərbaycanın hərbi büdcəsi Gürcüstanın, eləcə də Ermənistanın ümumi dövlət büdcəsindən dəfələrlə artıqdır. Azərbaycan öz ordusunun güclənməsinə xeyli vəsait sərf edir. Təbii ki, Ermənistan Azərbaycanın güclənməsini gözləməyəcək və onu münaqişəyə cəlb etmək istəyəcək. Ermənistan yaxşı bilir ki, müharibənin gecikməsi Azərbaycanın daha da güclənməsi deməkdir”.

Ramazi Sakuarelidze onu da əlavə etdi ki, regionda sabitliyin pozulması bölgədə hegemonluq etmək istəyən müəyyən siyasi qüvvələrin maraq dairəsindədir.


DOSTLARINLA PAYLAŞ:

oyunlar