Ermənistan Azərbaycandan KTMT-yə şikayətləndi
25 İyun 2010 Cümə 01:00
Erməni nümayəndə bildirib ki, Azərbaycan Dağlıq Qarabağa hücum edib.
Ermənistanın nümayəndəsi Ruben Ananyan Kollektiv Təhlükəsizlik Təşkilatında çıxış edib. O bildirib ki, Azərbaycan iyunun 19-na keçən gecə Ağdərə rayonunda əməliyyat keçirib. O, kollektiv təhlükəsislik qüvvələ və vasiələrinin fəaliyyətini nizamlayan sənəd layihələrini də təqdim edib. Ruben Ananyanın şikayətlərini KTMT-nin baş katibi Nikolay Bordyuja dinləyib.
Xatırladaq ki, Ermənistan silahlı qüvvələri iyunun 19-da cəbhənin Tərtər rayonunun Çaylı kəndi istiqamətində hücuma keçib. Hücum dəf edilərkən dörd erməni əsgəri öldürülüb, dördü isə yaralanıb. Azərbaycan Ordusunun 22 yaşlı giziri Mübariz Ağakərim oğlu İbrahimov isə qəhrəmancasına şəhid olub. Onun meyiti hələ də Azərbaycana qaytarılmayıb. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: