Ermənistan atəşkəs rejimini pozub
22 İyun 2009 Bazar Ertəsi 10:05
Bütün hallarda düşmən cavab atəşi ilə susdurulub, itki yoxdur

 

Ermənistan silahlı qüvvələrinin bölmələri iyunun 21-də saat 17.10-dan 17.40-dək Goranboy rayonunun ərazisindəki adsız yüksəkliklərdə və Gülüstan kəndi yaxınlığında yerləşən mövqelərdən, saat 22.25-dən 22.30-dək, iyunun 22-də saat 00.30-dan 00.50-dək və 03.10-dan 03.20-dək Ağdam rayonunun Mərzili, Tağıbəyli və Kəngərli kəndləri yaxınlığında yerləşən mövqelərdən, saat 01.20-dən 01.30-dək Xocavənd rayonunun Kuropatkino kəndi yaxınlığında yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutublar.

Müdafiə Nazirliyinin mətbuat xidmətinin məlumatına görə, bütün hallarda düşmən cavab atəşi ilə susdurulub. İtki yoxdur./ANS PRESS/

 



DOSTLARINLA PAYLAŞ:

oyunlar