Ermənipərəst konqresmen uydurma “soyqırım”ın tanınmayacağını etiraf edib
02 Aprel 2009 Cümə Axşamı 11:15
Ankara – APA. ABŞ Konqresi uydurma “erməni soyqırımı”nın tanınmasını nəzərdə tutan qanun layihəsini bu il də qəbul etməyəcək. APA-nın xəbərinə görə, bunu Nümayəndələr Palatasına təqdim olunmuş layihənin 4 müəllifindən biri, respublikaçı konqresmen Mark Kirk Türkiyənin “Akşam” qəzetinə müsahibəsində deyib.
O, hər il layihənin gündəmə gəldiyini, amma son anda siyasi səbəblərlə uğursuzluğa düçar olduğunu bildirib: “Bu il layihənin qəbuluna dair gözləntilər yüksəkdir, çünki prezident Obama ermənilərə söz verib. Ancaq məncə durum ümidsizdir. Nümayəndələr Palatasının sədri Nensi Pelosi layihəni keçirməyə cəsarət etməyəcək və prezident Obamanı çətin vəziyyətdə qoymayacaq. Layihə bu il də keçməyəcək, narahat olmayın”.
M. Kirkin sözlərinə görə, ermənilərə verilən söz yerinə yetirilməsə, 2010-cu ildə Konqresə keçiriləcək seçkilərdə demokratlar uduza bilər. Onun fikrincə, gələcəkdə Konqres mütləq “soyqırım”ı tanıyacaq.


DOSTLARINLA PAYLAŞ:

oyunlar