Ermənilərin vurduğu vertolyotda həlak olan qəhrəman Səfa Axundovun ad günüdür
19 İyun 2011 Bazar 12:05
Səfa Axundov 1992-ci il yanvarın 28-də şəhid olub.
Bu gün Azərbaycanın Milli qəhrəmanı Səfa Axundovun doğum günüdür. Səfa Fətulla oğlu Axundov 1958-ci il iyunun 19-da Masallı rayonunda anadan olub. O, təyyarəçi zabit kimi keçmiş SSRİ-nin bir çox yerlərində çalışıb, həm də ictimai fəaliyyətlə məşğul olub. Səfa Riqada “Azəri” cəmiyyəti, sonra isə “Müsəlman Liqası”nın yaradıcılarından olub, 1989-cu ildə Vətənə qayıdıb, erməni işğalçılarına qarşı döyüş vertolyotunda vuruşub. O, bütün təhlükəli uçuşlarda iştirak edir, daha çox döyüş məntəqələrinə silah, sursat daşıyır və oradan dinc əhalini çıxarırdı. 1992-ci il yanvarın 28-də onun uçduğu vertolyot Şuşaya yaxınlaşarkən vuruldu, Səfa və 2 nəfər digər ekipaj üzvü vertolyotu çətinliklə şəhərdən uzaqlaşdırır, daha çox itginin qarşısını alır, özləri də qəhrəmanlıqla həlak olurlar. Bakı şəhərində Şəhidlər Xiyabanında dəfn edilib. Cəlilabad şəhərinin mərkəzində büstü qoyulub, rayon mədəniyyət evi və küçələrdən biri onun adını daşıyır.
ANSPRESS
DOSTLARINLA PAYLAŞ: