Ermənilərin törətdiyi 19 mart hadisəsindən 20 il ötür
19 Mart 2014 Çərşənbə 01:52
Baş vermiş partlayış nəticəsində 14 nəfər həlak olub, 49 nəfər yaralanıb.
1994 – cü il martın 19-da Erməni xüsusi xidmət orqanlarının təşkilatçılığı ilə Bakı metropoliteninin "20 Yanvar" stansiyasında terror aktı törədilib.
ANS PRESS-in xəbərinə görə, partlayış nəticəsində 14 nəfər həlak olub, 49 nəfər yaralanıb.
Terror aktının Ermənistan xüsusi xidmət orqanlarında təlimlər keçmiş separatçı "Sadval" ləzgi təşkilatının üzvləri tərəfindən həyata keçirildiyi müəyyən edilib, qrupun üzvləri cinayət məsuliyyətinə cəlb edilib.
DOSTLARINLA PAYLAŞ: