Ermənilərin növbəti iyrənc saxtakarlığı
28 Yanvar 2010 Cümə Axşamı 15:15
20 Yanvar faciəsi qurbanlarının şəkilləri erməni fotoları kimi təqdim edilib
ABŞ-da fəaliyyət göstərən “Asbarez” erməni xəbər agentliyi 20 Yanvar faciəsi qurbanlarının fotoşəkillərini internet saytına yerləşdirərək vəhşicəsinə qətlə yetirilmiş azərbaycanlıları “evlərində öldürülmüş ermənilər” kimi təqdim edib.
Ermənilərin internet səhifəsində “Bakıda erməni qətliamını unutma” rubrikası altında yerləşdirdiyi fotoşəkillərin Qanlı Yanvarda sovet qoşunlarının qətlə yetirdiyi 18 yaşlı yəhudi əsilli Azərbaycan ətəndaşı Vera Bessantinanın və digər şəhidlərimizin olduğu aşkara çıxıb.
İTAR-TASS agentliyinin əməkdaşı Andrey Solovyovun çəkdiyi bu fotoşəkillər o zaman Azərbaycan Dövlət Teleqraf Agentliyinə də göndərilmişdi.
Azərbaycan-Amerika Şurası erməni xəbər agentliyinin saxtakarlığını pisləyib və 20 Yanvar faciəsi qurbanlarının şəkillərinin ermənilərin millətçi təbliğatına alət edilməsinə etirazını bildirib.
Bu, ermənilərin ilk saxtakarlığı deyil. 2007-ci ilin oktyabrında Amerkiada yaşayan erməni jurnalist Edvard Paryants Nyu-Yorkda rus dilində dərc olunan “V novom svete” qəzetində Xocalı soyqırımı qurbanlarının ağ-qara şəkillərini guya türklərin qətlə yetirdiyi erməni uşaqlarının şəkilləri kimi qələmə vermişdi. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: