Ermənilərin növbəti boşboğazlığı
05 Mart 2010 Cümə 22:20
Ermənilər Azərbaycan tərəfindən sərhədi pozan təxribatçı dəstə aşkar etdiklərini iddia edirlər
Ermənistan Müdafiə Nazirliyi Azərbaycan tərəfindən Ermənistana keçərək quldurluq və mal-qara oğurluğu ilə məşğul olan təxribatçı qrupun zərərsizləşdirilməsi haqda məlumat yayıb.
Məlumatda bildirilir ki, martın 4-ü Ermənistanın Tavuş vilayətinin Koti kəndi ərazisində (Ermənistan-Azərbaycan sərhədi) Azərbaycan tərəfindən keçən 4-5 nəfərlik silahlı təxribatçı dəstə aşkarlanıb. Ermənistan tərəfinin həyata keçirdiyi xüsusi əməliyyat nəticəsində qrup üzvləri zərəsizləşdirilib. Azərbaycan tərəfindən ölənlər var. Sənəddə həmçinin bildirilir ki, azərbaycanlılardan birinin cəsədi Ermənistan ərazisində, digəri neytral ərazidə qalıb. Sərhədi pozan şəxslərdən biri isə yaralı vəziyyətdə xəstəxanaya aparılarkən yolda keçinib. Ermənilərin bildirdiyinə görə, qrupun sağ qalan digər yaralı üzvləri isə qaçaraq Azərbaycan tərəfinə keçə biliblər.
Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Eldar Sabiroğlu ANS PRESS-ə açıqlamasında bunu ermənilərin növbəti boşboğazlığı adlandırıb. “Hiss olunur ki, Ermənistan Müdafiə Nazirliyinin yaydığı məlumat cəfəngiyatdan başqa bir şey deyil. Onların bu xəbəri tamamilə əsassızdır. Ermənistan Müdafiə Nazirliyinin Azrəbaycan Silahlı Qüvvələri haqda yeni uydurmalarla bağlı problemi var. Görünür, boşboğazlıq etməyə başqa bir mözvu tapmayıblar",-deyə E.Sabiroğlu bildirib. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: