Ermənilərin girov götürdüyü Eldar Tağıyev məktub göndərib
22 Yanvar 2010 Cümə 20:45
Eldar Tağıyev vəziyyətinin normal olduğunu deyib
Dekabrın 28-də Ermənistan hərbçilərinin girov götürdüyü Tovuz rayon sakini Eldar Tağıyev ailəsinə məktub yazıb. Beynəlxalq Qırmızı Xaç Komitəsinin Ermənistandakı nümayəndəliyi yanvarın 21-də Eldar Tağıyevin saxlanma şəraitinin monitorinqini aparıb, onunla təkbətək görüş keçirib. Eldar Tağıyevin oğlu Elmar Tağıyev ANS-ə müsahibəsində deyib ki, atası məktubunda ailəsinin vəziyyətini soruşub, vəziyyətinin normal olduğunu deyib, ondan nigaran qalmamalarını istəyib.

Tovuz rayon Əlibəyli kənd sakininin dekabrın 28-də saat 18:00 radələrində Ermənistanla təmas xəttində erməni əsgərləri tərəfindən vurulduğu, daha sonra isə əsir götürüldüyü bildirilir.

Qohumlarının dediyinə görə, həmin gün Eldar çaya balıq tutmağa gedibmiş. Bundan başqa, E.Tağıyev bir müddət Rusiyada ticarətlə məşğul olub. O, Rusiyada olarkən ermənilərlə sıx ünsiyyətdə olduğundan erməni dilini yaxşı bilirmiş. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar