Ermənilərin böyük yalanını ifşa edən tarixi dəlillər tapıldı
12 İyul 2012 Cümə Axşamı 13:20
Tədqiqatlarda Azərbaycan ərazisinin qədim dövrlərdən 20-ci əsrin əvvəllərinədək böyük bir ərazidə yerləşdiyi təsdiqlənir.
Azərbaycan Milli Elmlər Akademiyasının Şərqşünaslıq İnstitutunun direktoru Gövhər Baxşəliyeva Trend-ə deyib ki, xəritələrdə eramızdan əvvəl IV əsrdən, Makedoniyalı İsgəndərin dövründən başlayaraq, XX əsrin əvvəllərinə qədər azərbaycanlıların yaşadıqları, Azərbaycan dövlətlərinin yerləşdiyi ərazilər göstərilir. Bu xəritələrdə həm də ermənilərin harada yaşadıqları göstərilir.

Tədqiqatçı alimin sözlərinə görə, indiyə qədər aşkarladıqları xəritələr Azərbaycanın tarix elmində aparılan bütün tədqiqatları, Azərbaycanın ərazisinin qədim dövrlərdən 20-ci əsrin əvvəllərinədək böyük bir ərazidə yerləşdiyini təsdiqləyir. Bu xəritələrdən o da məlum olur ki, ermənilər özlərinin iddia etdiyi kimi, Qafqazda yaşamayıblar, onlar əvvəllər Dəclə və Fərat çaylarının arasında məskunlaşıblar. Xəritələr ermənilərin Qafqaza gəlmə etnos olduğunu tam sübuta yetirir.

"Bu xəritələrə baxdıqda görmək olur ki, ermənilər necə mərhələlərlə Qafqaza köç ediblər və tarixi Azərbaycan torpaqları hesabına özlərinə yeni dövlət yaradıblar. Ermənilər qədim dövrlərdə Dəclə və Fərat çaylarının arasında yaşayıblar. Onlar Dəclə-Fərat tərəfdən tədricən şimala doğru getməyə - bugünkü Türkiyənin, İranın ərazisində yerləşməyə başlayıblar. Sonra isə ordan tədricən daha şimala doğru gediblər və Cənubi Qafqaza gəlib çıxıblar. Bu həqiqət xəritələrdə tam öz əksini tapır. Ermənilərin Azərbaycandan hansısa torpaq tələb etməyə heç bir əsasları yoxdur. Əksinə, bizim onlardan torpaq tələb etməyə ixtiyarımız var. Çünki bu gün onlar tarixi Azərbaycan torpaqlarında yerləşirlər", - Baxşəliyeva qeyd edib.

Tədqiqatçı deyib ki, hazırda tədqiq etdikləri bu xəritələr müxtəlif dövrlərdə həm Osmanlı, həm Avropa, həm ərəb, həm də İran xəritəşünasları, alimləri tərəfindən tərtib edilib.

"Bu xəritələrin obyektivliliyinə şübhə olmamalıdır. Çünki bu xəritələri biz tərtib etməmişik. Onları müxtəlif dövrlərdə müxtəlif ölkələrin alimləri tərtib ediblər", - Baxşəliyeva qeyd edib.

O deyib ki, hazırda Azərbaycanın qədim torpaqlarını göstərən tarixi xəritələrlə bağlı tədqiqatlarını davam etdirirlər. Payızda Misirdəki İsgəndəriyyə kitabxanasında da tədqiqatlar davam etdirildikdən sonra "Azərbaycanın tarixi xəritələri" adlı atlas-kitab çap olunacaq.


DOSTLARINLA PAYLAŞ:

oyunlar