İngilis tarixçi ermənilərin soyqırımına məruz qalmadığını yazıb.
İngiltərədə nəşr olunan və Suriyanın quruluş mərhələsində meydana gələn müharibələri araşdıran “The Battle For Syria 1918-1920” (Suriya üçün döyüş 1918-1920) kitabında Osmanlı dövründə ermənilərin məruz qaldığı rəftarın soyqırımı olmadığı yazılıb. Hərbi tarixçi-yazıçı Con D. Qrainqerin yazdığı bu itab ölkədə geniş müzakirə obyektinə çevrilib. Kitabda, “Çox sayda erməni sağ qaldığı üçün baş verənlər əsla soyqırımı deyildir” – ifadəsinə yer verilib. Yazıçı o dövrdə baş verənlərin “soyqırımı” kateqoriyasına girməməsini, “Etnik bir icmanın bütünü yox olmadıqca baş verənləri soyqırımı saymaq olmaz” – fikri ilə izah edib.
Qeyd edək ki, “Boydell Press” tərəfindən yanvarda nəşr olunan 270 səhifəlik kitab 25 funt-sterlinqə (30 manat) satılır.
Kitabın üz qapağında isə ingilis cəsus “Ərəbistanlı Lavrens”in şəkli var.