Ermənilərin atəşkəsi pozması nəticəsində Azərbaycan Ordusunun əsgəri yaralanıb
06 Noyabr 2010 Şənbə 13:05
Ermənilərin atəşkəsi pozması nəticəsində Azərbaycan Ordusunun əsgəri yaralanıb.
APA-nın məlumatına görə, hadisə cəbhənin qərb istiqamətində qeydə alınıb. Ermənistan Silahlı Qüvvələrinin atəşkəs rejimini pozması nəticəsində Milli Ordunun əsgəri İşiyev Tural Murad oğlu ayağından güllə yarası alıb. Yaralı hospitala yerləşdirilib.
Müdafiə Nazirliyindən baş vermiş hadisəyə münasibət öyrənmək mümkün olmayıb.
Qeyd edək ki, T. İşiyev Cəlilabad rayon Hərbi Komissarlığından həqiqi hərbi xidmətə çağırılıb. APA
DOSTLARINLA PAYLAŞ: