Ermənilərin Ağdamda törətdiyi yanğınlar hələ də davam edir
03 Avqust 2010 Çərşənbə Axşamı 21:40
İşğal altındakı kəndlərin içərisindən və ərazidəki bağlardan da alov yüksəlir.
Bu gün səhər saatlarından etibarən Ermənistan ordusu yenidən Ağdamın işğal altındakı ərazilərində yanğınlar törədib. Yanğın cəbhə xətti boyunca 10 kilometr ərazini əhatə edib. Alovun meydana gətirdiyi tüstü 15-20 kilometr aralıdan görünüb. Tərtərin cəbhə xəttində yerləşən Qazyan kəndindən aparılan müşahidələr zamanı neytral ərazilərlə yanaşı işğal altındakı kəndlərin içərisindən və ərazidəki bağlardan da alov yüksəldiyini görmək mümkün olub.
Axşam saatlarında isə alovun miqyasi daha da genişlənib. Yanğın bu dəqiqələrdə də davam edir. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: