Ermənilərə işləyən azərbaycanlı tutulub
05 Mart 2014 Çərşənbə 13:41
Azərbaycandakı vəziyyət, neft strategiyası, ölkə rəhbərliyi barədə məlumatları xaricə ötürən casus da həbs edilib.
Ermənilərə işləyən Azərbaycan vətəndaşı həbs edilib. ANS PRESS-in məlumatına görə, Azərbaycan hökumətinin 2013-cü il üzrə hesabatında bu barədə məlumat yer alıb.
Azərbaycandakı ictimai-siyasi vəziyyət, neft strategiyası, regionda cərəyan edən proseslər, ölkə rəhbərliyi və dövlət məmurları barədə məlumatlar toplayaraq xarici dövlətə ötürən 1 nəfər, eləcə də, Rusiyada yaşayan erməni milliyyətli şəxslərlə cinayətkar işbirliyi qurub, onların sifarişi ilə saxta sənədlər hazırlayaraq satan 1 nəfər Azərbaycan vətəndaşı cinayət məsuliyyətinə cəlb olunub.
Bu şəxslər ötən il həyata keçirilmiş məqsədyönlü əks-kəşfiyyat və antiterror tədbirləri nəticəsində tutulublar.
DOSTLARINLA PAYLAŞ: