Ermənilər yenidən Milli Ordunun mövqelərini atəşə tutublar
28 Fevral 2011 Bazar Ertəsi 10:26
Bütün hallarda düşmən cavab atəşi ilə susdurulub.
Ermənistan silahlı qüvvələrinin bölmələri fevralın 27-də saat 22.30-dan 22.40-dək Füzuli rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən, saat 19.10-dan 19.20-dək və fevralın 28-də saat 04.15-dən 04.20-dək Ağdam rayonunun Cəvahirli kəndi yaxınlığında yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutublar.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən ANS PRESSS-ə verilən məlumata görə, düşmən cavab atəşi ilə susdurulub, itki yoxdur. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: