Ermənilər yaxın tartixdə Azərbaycan torpaqlarını işğal edib
26 Dekabr 2011 Bazar Ertəsi 01:02
Fransa parlamentində qəbul olunan qanunu şərh edən millət vəkili babasını ermənilərin öldürdüyünü deyib.
“1915-ci ilə qayıtmaq lazım deyil, Ermənistan 1990 – 93-cü illərdə Azərbaycan torpaqlarını işğal edib”. Bunu Türkiyənin AKP-dən (Hakim Ədalət və İnkişaf Partiyası) olan millət vəkili Pelin Gündeş Bakır Fransa parlamentində qəbul olunan qondarma erməni “soyqırımı” barədə qanunu şərh edərkən deyib. Millət vəkili Fransanın erməni soyqırımı kimi bir dərdi olmadığını, məqsədin Türkiyənin AB-yə girməsinin qarşısını almaq olduğunu deyib.

“Fransanın qəbul etdiyi bu qanunu pisləyirik və lənətləyirik. Türkiyə qüvvətlənir və - meyvəsi olan ağac daşlanır – məsəlində olduğu kimi bu ölkəyə daş atanlar çoxalır. Getdikcə də daş atanlar çoxalacaq. Fransa isə gücünü itirir. Bu Fransanın siyasi həmləsidir. Erməni “soyqırımı” olub, olmayıb bu Fransanın vecinə deyil. Əsas məsələ Türkiyənin AB-yə girməməsidir”.

Pelin Gündeş Bakır Sarkozinin bu hərəkətinin tarixə qara ləkə kimi düşəcəyini deyib: “Türkiyə güclü bir ölkədir. AB-yə girəcəyi təqdirdə İngiltərə, İtaliya və İspaniya ilə birləşərək güc mərkəzi olacaq və Fransanın bölgədəki liderliyi bitəcək. Fransa bunu çox yaxşı bilir. Onsuzda səsvermə də dürüst keçirilməyib, sadəcə 40 nəfər iştirak edib. Fransanın bu ucuz həmləsi, Sarkozinin ucuz siyasəti tarixə qara ləkə kimi düşəcək”.

I dünya müharibəsi vaxtı 2.5 milyon türk, deportasiya vaxtı 300 min erməni öldüyünü deyən millət vəkili həqiqətdə erməni “soyqırımı” yox, türk soyqırımı baş verdiyini deyib. Yaxın tarixdə Azərbaycan torpaqlarının da ermənilər tərəfindən işğal edildiyini vurğulayan P.G.Bakır 2 milyon azərbaycanlının qaçqın vəziyyətində yaşadığını qeyd edib. “I dünya müharibəsi vaxtı rus və fransız hərbi uniformasını geyinən ermənilər bölgədə 2.5 milyon türkü qadın, uşaq, qoca demədən yandıraraq qətlə yetirib. Ölkənin hər yerindən türklərə aid kütləvi məzarlar aşkarlanır. Deportasiya vaxtı isə 300 min erməni ölüb. Soruşuram, kim kimi öldürüb? Əgər soyqırımı olubsa bunun adı türk soyqırımıdır. Heç 1915-ci ilə qayıtmaq lazım deyil. 1990 – 93-cü illərdə ermənilər Azərbaycan torpaqlarını işğal edib. 2 milyon müsəlman türk qaçqın vəziyyətinə düşərək evlərini, şəhərlərini tərk edib və Azərbaycanın şərqinə köçmək məcburiyyətində qalıblar”.

Babasının da ermənilər tərəfindən zəhərlənərək öldürüldüyünü deyən xanım Bakır nənəsinin də ermənilər ucbatından 8 yaşında yetim qaldığını bildirib. Fransızları tarixi düzgün araşdırmağa dəvət edən millət vəkili Osmanlı arxivlərində hər şeyin yerli-yataqlı yazıldığını vurğulayıb.



DOSTLARINLA PAYLAŞ:

oyunlar