Ermənilər və azərbaycanlılar birgə sayt hazırladılar
17 Yanvar 2013 Cümə Axşamı 00:55
Növbətu “yaxınlaşma” şousu Raffi Ovannisyanın sərsəmləməri ilə başladı.
Böyuk Britaniyanın Azərbaycan və Ermənistandakı səfirliklərinin dəstəyi ilə yeni birgə sayt yaradılıb. Layihə Ermənistandakı “Region” araşdırma mərkəzi və Azərbaycandakı Sülh və Demokratiya İnstitutu tərəfindən həyata keçirilib. ANS PRESS-in məlumatına görə, layihə qarşı tərəflə bağlı məlumatların aratırılması, ermənilər və azərbaycanlılar arasında qarşılıqlı anlaşmanın ilk əldən təsdiqlənməsinə xidmət edir.

Sayt açılan kimi azərbaycanlı və erməni jurnalistlər “İrs” partiyasının sədri Raffi Ovannisyandan müsahibə alıblar. O, müsahibədə Azərbaycanın işğal altındakı ərazilərini “Dağlıq Qarabağ Respublikası” kimi təqdim edib. Raffi Ovannisyan xəyal dünyasına o qədər qapılıb ki, Azərbaycan və Dağlıq Qarabağ arasında sərhədlərin demarkasından, mehriban qonşuluq münasibətlərindən dəm vurub. Nə qədər qəribə olsa da, müsahibədə iştirak edən azərbaycanlı jurnalistlər Raffi Ovannisyana münaqişə ilə bağlı yox, Ermənistandakı siyasi vəziyyət və prezident seçkiləri ilə bağlı suallar veriblər.

Ötən gün “İctimai dialoqlar” (www.publicdialogues.info) saytının İrəvanda təqdimat mərasimi keçirilib. Yanvarın 18-də saytın Bakıda da təqdim olunması planlaşdırılır.


DOSTLARINLA PAYLAŞ:

oyunlar