Ermənilər Sumqayıta qayıtmaqdan ötrü ölürlər
21 İyun 2011 Çərşənbə Axşamı 11:17
Ermənilər ölkələrində özlərini o qədər də rahat hiss etmirlər.
İrəvandan bizə maraqlı bir informasiya daxil olub. Ermənilər Azərbaycana qayıtmaqdan ötrü ölürlər. Bu barədə Ümumdünya Qaçqınlar Günü münasibətilə keçirilən mətbuat konfransında məlum olub. Görünür, ermənilər ölkələrində özlərini o qədər də rahat hiss etmirlər. Çünki onlar nəniki Bakıya, həmçinin Sumqayıta da qayıtmaq istəyirlər. Mətbuat konfransında qeyd olunub ki, Ermənistanda onların hüquqları demək olar ki, bütün sahələrdə - təhsil, səhiyyə, məşğulluq və insan hüquqları daima pozulur.
Qeyd edək ki, Azərbaycanı tərk etmiş ermənilərin əksəriyyəti Ermənistan vətəndaşı olmaq istəməyib. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: