Ermənilər şalvarlarını satmağa belə hazırdırlar
19 May 2011 Cümə Axşamı 12:08
Təki qondarma Dağlıq Qarabağ respublikasının müstəqillliyi tanınsın.
Erməni sahibkar Ara Abramyanın rəhbərlik etdiyi “Rusiya erməniləri şurası” separatçı Abxaziya və Cənubi Osetiyanın "müstəqilli"yinin “üçüncü dünya” ölkələri tərəfindən tanınması üçün 90 milyon dollar vəsait ayıracaq. Ara Abramyan bu vəsaitin haradan qaynaqlandığı haqda məlumat vermir. Bir qədər əvvəl isə Abxaziya və Cənubi Osetiyanın müstəqilliyinin Nauru ada dövləti tərəfindən tanınması üçün Rusiyadan 50 milyon dollar vəsait ayrıldığı bildirilirdi.
Belə görünür ki, ermənilər özlərini müstəqil adlandıran separatçı dövlətlərin beynəlxalq miqyasda tanınması üçün əməlli-başlı kampaniyaya başlayıblar. Onların bunun üçün bütün vasitələrə əl atmaqdan belə çəkinməyəcəkləri açıq-aşkar görünür. Məlum məsələdir ki, Abxaziya və Cənubi Osetiyadan sonra ermənilər separatçı “Dağlıq Qarabağ respublikası”nın tanınmasını istəyəcəklər.
Ancaq qondarma Dağlıq Qarabağ respublikasının pulla dövlətlər tanınmasına ermənilərin maliyyə vəsaiti imkan verməz. Məlum məsələdir ki, Cənubi Osetiya və Abxaziya məsələsində onlara Rusiya kömək edəəck. Qondarma Qarabağın tanınması üçün maliyyə vəsaitini isə ermənilər şalvarlarını belə satsalar da toplaya bilməzlər. Ermənilərə məsləhətimiz budur ki, özlərini əziyyətə salıb şalvarlarını itirməyi özlərinə rəva görməsinlər. Biz gec-tez öz dədə-baba yurdumuz olan Dağlıq Qarabağa qayıdaraq haqq-ədaləti bərpa edəcəyik. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: