Ermənilər Qubadlıda tunc dövrə aid daha bir tarixi abidəni talayırlar
23 İyul 2011 Şənbə 18:18
Qanunsuz yolla çıxarılan əsas artefakların Ermənistan Tarix Muzeyinə veriləcəyi bildirilir.
Erməni işğalçıları işğal altında olan Azərbaycanın Qubadlı rayonu ərazisində eramızdan əvvəl 4-cü minilliyə aid olan yaşayış məskənini talamağa başlayıblar. ANS PRESS-in “News.am”a istinadən verdiyi məlumata görə, əvvəl işğalçı ordunun əsgərləri tərəfindən dağıdılan abidənin artefaklarının qarət etməyə artıq Ermənistan Mədəni Tarixi İrsi Mərkəzi də qoşulub.

Məlumata görə, mərkəzin rəhbəri Akop Simonyan abidədən əldə edilən əşyaların erkən Kür-Araz mədəniyyətinə aid olduğunu etiraf edib.

A. Simonyan abidədən qanunsuz yolla çıxarılan əsas artefakların Ermənistan Tarix Muzeyinə veriləcəyini, ikinci dərəcəlilərin isə müxtəlif muzeylərə paylanacağını bildirib. anspress


DOSTLARINLA PAYLAŞ:

oyunlar