Ermənilər qondarma Dağlıq Qarabağın müstəqilliyini qeyd edirlər
18 İyul 2011 Bazar Ertəsi 13:38
Azərbaycanın Mədəniyyət və Turizm Nazirliyi isə məsələni araşdırır.
Ermənilərin işğalı altında olan Dağlıq Qarabağda beynəlxalq teatr festivalı ARMMONO keçirilir. ANS PRESS-in Rusiyanın RİA “Novosti” agentliyinə istinadən verdiyi məlumata görə, beynəlxalq teatr festivalı qondarma Dağlıq Qarabağ respublikasının müstəqillik qazanmasının 20 illiyinə həsr edilib. Festivaldan əldə edilən gəlirin Xankəndində yerləşən Vaqram Papazyan adına teatrın yenidən qurulmasına sərf ediləcəyi qeyd edilir.

Azərbaycanın Mədəniyyət və Turizm Nazirliyi isə bu məsələni araşdıraraq müvafiq tədbirlərin görüləcəyi bildirilib. Qurumun mətbuat xidmətindən ANS PRESS-ə verilən məlumata görə, Dağlıq Qarabağ Azərbaycanın ərazisi olduğundan burada qondarma respublikanın hər hansı beynəlxalq tədbirin keçirilməsi və əcnəbi qonaqları qəbul etmələri beynəlxalq hüquqla mümkünsüzdür.

Mədəniyyat və Turizm Nazirliyinnin əməkdaşları bu məsələnin araşdırılaraq beynəlxalq festivalda hansı ölkənin nümayəndələrinin iştirak etdiyinin müəyyənləşdiriləcəyini bildirdilər. Mövzuya qayıdacağıq. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar