Ermənilər Qazax, Göygöl, Goranboy, Füzuli və Tərtər istiqamətində atəşkəsi pozublar
21 Avqust 2010 Şənbə 10:00
Azərbaycan torpaqlarının bir hissəsini işğal altında saxlayan Ermənistan Silahlı Qüvvələri qoşunların təmas xəttində atəşkəs rejimini pozmaqda davam edir.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, Ermənistan Silahlı Qüvvələrinin bölmələri avqustun 20-də saat 20.20-dən 20.30-dək Ermənistan Respublikasının Noyenberyan rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Qazax rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərimizi, saat 11.20-dən 11.25-dək Göygöl rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən, saat 14.15-dən 14.30-dək Goranboy rayonunun Gülüstan kəndi yaxınlığında yerləşən mövqelərdən, saat 15.20-dən 16.10-dək və avqustun 21-də saat 00.10-dan 00.40-dək Füzuli rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən, saat 01.00-dan 00.25-dək Tərtər rayonunun Qızıl Oba kəndi yaxınlığında yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutublar. Düşmən cavab atəşi ilə susdurulub, itki yoxdur. APA


DOSTLARINLA PAYLAŞ:

oyunlar