Ermənilər "oyunları"nı davam etdirirlər
05 Avqust 2009 Çərşənbə 20:30
Serj Sarqsyan bildirib ki, Ermənistan Qarabağ nizamlanmasında üç əsas prinsipi üstün tutur

 

Ermənistan tərəfi Dağlıq Qarabağ münaqişəsinin nizamlanması prosesində üç əsas prinsiplə bağlı, xüsusilə də Qarabağın statusunun möhkəmləndirilməsinə dair mövqeyini dəyişməyib. ANS PRESS-in “Novosti-Armenia”ya istinadən verdiyi xəbərə görə, bu barədə çərşənbə günü Ümumerməni İdman İttifaqının nümayəndə heyətilə görüş zamanı Ermənistan prezidenti Serj Sarqsyan bildirib.

“Ermənistan tərəfi münaqişənin həlli üzrə üç əsas prinsipə əsaslanaraq çıxış edir - Dağlıq Qarabağın statusunun möhkəmləndirilməsi, Ermənistanla quru əlaqəsinin mövcudluğu və Dağlıq Qarabağın təhlükəsizliyinə zəmanət”, - deyə o vurğulayıb.

Sarqsyanın sözlərinə görə, münaqişənin danışıqlar zamanı formalaşdırılan həlli variantı siyasi qüvvələr və ictimaiyyətin hərtərəfli müzakirəsinə veriləcək və yekun qərar bundan sonra qəbul olunacaq.

Ermənistan prezidenti görüş zamanı Türkiyə-Ermənistan münasibətlərinə də toxunub. O bildirib ki, bu münasibətlər heç bir şərt irəli sürülmədən nizamlanmalıdır. /ANS PRESS/

 



DOSTLARINLA PAYLAŞ:

oyunlar