Ermənilər niyə Çörçilin məşhur aksiomasını yada salır?
13 Yanvar 2010 Çərşənbə 19:45
Rusiya-Türkiyə əməkdaşlığının güclənməsi İrəvanda təşvişlə qarşılanır
Ermənistanda narahatçılıq günü-gündən artmaqdadır. Buna səbəb Rusiya-Türkiyə əməkdaşlığının güclənməsidir. Ermənilər Moskvanın Ankara ilə anlaşa biləcəyindən ehtiyatlanır. Bu baxımdan Rusiya xarici işlər naziri Sergey Lavrovun İrəvana səfəri olduqca böyük maraq doğurur. Rusiyanın nüfuzlu “Nezavisimaya qazeta” nəşrində yer alan məqaləyə inansaq, ermənilər ruslraın iqtisadi maraqlarının Ermənistan-Rusiya strateji tərəfdaşlığını kölgədə qoya biləcəyindən qorxur. Bu məsələdə bədnam qonşularımızın yadına Uinston Çörçilin “əbədi dostlar və düşmənlər” haqda məşhur aksioması yada düşür...

İş ondadır ki, ötən ildə də Ərdoğan Moskvada, Lavrov isə İrəvanda olanda oxşar proseslər gedirdi. İrəvanda həmin günləri narahatlıqla yada salırlar. O zaman Rusiya XİN başçısı maraqlı və düşündürücü bəyanatla çıxış etmişdi. Konkret olaraq o bildirmişdi ki, Ermənistan artıq öz gələcəyi haqda düşünməlidir və qonşuları ilə ümumi dil tapmalıdır. “Nezavisimaya qazeta” maraqlı tarixi paralellər də aparıb: “Ötən əsrdə də Moskvada inqilabi ideyalar hökmranlıq edirdi. Nəticədə tezliklə Rusiya Türkiyəyə yaxınlaşmaq cəhdindən peşman oldu”.

Lakin bu gün vəziyyət fərqlidir. Hazırki prosesləri təhlil etsək, görərik ki, Moskva bölgədəki nüfuzunu gücləndirmək istəyir və bunu Türkiyə ilə Azərbaycanla iqtisadi əməkdaşlığın möhkəmləndirilməsində görür. Bunun əvəzində isə Ankara regional səviyyədə Rusiyanın boru xətləri layihələri ilə bağlı bütün planlarına dəstək verməyə hazırdır. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar