Ermənilər mülki Azərbaycan vətəndaşını yaralayıblar
22 Dekabr 2011 Cümə Axşamı 13:42
Ermənistan Silahlı Qüvvələrinin atəşkəsi pozması nəticəsində mülki Azərbaycan vətəndaşı yaralanıb.
APA-nın Qarabağ bürosunun xəbərinə görə, hadisə bu gün saat 13.00 radələrində Ağdam rayonundan keçən təmas xətti yaxınlığında baş verib.

Ağdam rayon Orta Qərvənd kənd sakini, 1965-ci il təvəllüdlü Həsənova Elmira Mənsur qızı açılan atəş nəticəsində ayağından güllə yarası alıb.

Yaralı Ağdam Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib.


DOSTLARINLA PAYLAŞ:

oyunlar