Erməni hərbi birləşmələri cəbhənin Tərtər və Ağdam istiqamətində Azərbaycan Silahlı Qüvvələrinin mövqelərini 20 dəqiqəyə yaxın atəşə tutublar.
Erməni hərbi birləşmələri cəbhənin Tərtər və
Ağdam istiqamətində Azərbaycan Silahlı Qüvvələrinin mövqelərini 20
dəqiqəyə yaxın atəşə tutublar.
Atışma zamanı iriçaplı silahlardan
istifadə olunduğu bildirilir. Ağır artilleriyadan atəş açılmayıb. Cəbhə
xəttində zenit-raket qurğularından istifadə faktı qeydə alınmayıb.
İndiyə olan məlumata görə, atışma nəticəsində xəsarət alan olmayıb.
Qarşı tərəf cavab atəşi ilə susdurulub.
Hazırda bölgədə sakitlik hökm sürür.