Ermənilər itkilərini gizlədir
02 Avqust 2014 Şənbə 11:46
Bu gecə Azərbaycan-Ermənistan cəbhə xəttində baş vermiş şiddətli atışmada erməni tərəfi də itkilər verib.
ANS PRESS-in məlumatına görə, bu barədə qondarma rejimin müdafiə nazirliyi açıqlama verib.

Nazirlik cəbhədə ölmuş əsgərlərdən birinin adını açıqlayıb. O, 1989-cü il təvəllüdlü Zorik Jirayroviç Qevorkyandır.
Onların itkilərinin sayı çox olsa da, hələlik bir nəfərin adını açıqlayıblar.

Qeyd edək ki, avqustun 1-dən 2-nə keçən gecə erməni kəşfiyyat-təxribat qrupu cəbhənin Ağdam-Ağdərə istiqamətində müdafiənin ön xəttində yerləşən mövqelərimizdəki postlara növbəti dəfə basqın etməyə cəhd göstəriblər. Silahlı Qüvvələrimizin bölmələrinin hərbi qulluqçularının göstərdiyi şücaəti nəticəsində düşmənin cəhdinin qarşısı qətiyyətlə alınıb.

Düşmən itki verərək geri çəkilməyə məcbur edilib. Ermənistan Müdafiə Nazirliyi itkilərin sayını gizlətməyə çalışır.


DOSTLARINLA PAYLAŞ:

oyunlar