Ermənilər Goranboy və Göygöl istiqamətində döyüş postlarını möhkəmləndirirlər
04 Avqust 2012 Şənbə 17:21
İşğalçı qruplaşmanın rəhbəri, general leytenant Movses Akopyan döyüş postlarına baş çəkib.
Ermənistan ordusunun Dağlıq Qarabağdakı işğalçı qruplaşmasının rəhbəri, general leytenant Movses Akopyan avqustun 3-də işğalçı ordunun Goranboy və Göygöl rayonları istiqamətində yerləşən döyüş postlarına baş çəkib.
ANS PRESS erməni mətbuatına istinadən bildirir ki, Movsesyan işğalçı ordunun hərbi hissələrinin və bölmələrinin rəhbərləri ilə döyüş tapşırığının dəqiqləşməsini aparıb. O, əsasən Azərbaycan ordusu ilə üzbəüz yerləşən bölmələrdə döyüş tapşırığının yerinə yetirilməsi məsələsinə diqqət yetirib.
Erməni generalı əsas və ehtiyat mühəndis avadanlıqlarının, artileriya və havadan müdafiə döyüş mövqelərinin durumu ilə maraqlanıb.
DOSTLARINLA PAYLAŞ: