Ermənilər evləri atəşə tutdular
09 Avqust 2014 Şənbə 20:27
Qapanlıda 5-dən artıq ev erməni gülləsindən zərər çəkib
Bu gecə Ermənistan silahlı qüvvələri Tərtərin işğal altında olan Seyid Sulanlı kəndindəki mövqeylərindən Azərbaycan Ordusunun Qapanlı kəndindəki mövqeylərini atəşə tutublar. ANS PRESS-in bölgə müxbirinin verdiyi məlumata görə, ermənilərin açdığı atəş nəticəsində 5-dən çox ev ziyan çəkib. Ən çox evlərin dam örtükləri zərər görüb.
Qeyd edək ki, ermənilər fasilərlə digər bölgələri də atəşə məruz qoyublar. Bütün hallarda düşmən cavab atəşilə susdurulub.
Hazırda cəbhədə nisbi sakitçilik hökm sürür. Bu dəqiqələrdə cəbhədə atəş səsləri eşidilmir.
Sakinlərin ANS PRESS-in bölgə müxbirinə verdikləri məlumata görə, Ağdamın təmas xəttində də gecə atəş səsləri gəlsə də, hazırda nisbi sakitçilik hökm sürür. Rayonun Yusifcanlı, Şıxlar, Baş Qərvənd, Sarıcalı, Kəngərli, Mirəşirli, Çıraqlı kəndlərində də sakitçilikdir. Heç bir rayon və kəndlərdə sakinlər evləri boşaltmayıblar. Hər kəs öz işilə məşğuldur. Həyat adi axarı ilə davam edir.
Sakinlərin sözlərinə görə, təmas xəttinə yaxın otlar və əkin sahələrinə gündüz vaxtı getmək mümkün olmasa da, axşamlar kəndlilər təsərrüfatla məşğuldur.
DOSTLARINLA PAYLAŞ: