Ermənilər azərbaycanlı əsiri geri qaytardı
07 Aprel 2010 Çərşənbə 13:05
Əməliyyat bu gün saat 12:30 radələrində baş tutub.
Bu gün saat 12:30 radələrində 2008-ci il oktyabrın 8-də Qazax rayonu ərazisində Ermənistan hərbçiləri tərəfindən əsir götürülmüş Rafiq Rəhman oğlu Həsənov Azərbaycan tərəfinə təhvil verilib. Azərbaycanın Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının katibi Şahin Sayılovun ANS PRESS-ə verdiyi məlumata görə, proses Beynəlxalq Qızıl Xaç Komitəsinin vasitəçiliyi ilə Naxçıvan Muxtar Respublikasının Sədərək rayonu ərazisində həyata keçirilib. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: