Ermənilər Azərbaycanın bəzi internet resurslarına haker hücumları həyata keçirdiklərini açıqlayıbl
03 Sentyabr 2012 Bazar Ertəsi 16:39
Ermənilər Azərbaycanın bəzi internet resurslarına haker hücumları həyata keçirdiklərini təsdiqləyiblər.
APA-nın Ermənistanın “Panorama.am” saytına istinadən verdiyi məlumata görə, “Armenian Cyber Army” haker qrupu Azərbaycanın APA, “Vesti.az”, “Day.az”, “Trend”, “1news” və digər xəbər saytlarına hücum etdikdən sonra dövlət orqanlarının saytlarına da hücuma başlayıb.

Hakerlər Azərbaycan Ədliyyə Nazirliyinin Normativ-hüquqi aktların vahid internet elektron bazasının (e-qanun.az) saytını dağıdıblar.

Azərbaycan hakerləri isə Ermənistan prezidentinin saytını dağıdıblar. “Azerbaijan Defacers” adlı haker qrupu “www.president.am”la yanaşı, “www.armenpress.am” və “www.armtoday.info” saytlarına da hücum edərək saytları dağıdıblar.


DOSTLARINLA PAYLAŞ:

oyunlar