Ermənilər Azərbaycandan kompensasiya istəyir
19 İyul 2011 Çərşənbə Axşamı 11:24
“The Washington Post” qəzeti Dağlıq Qarabağdan üçüncü reportajını dərc edib.
"The Washington Post” qəzeti Dağlıq Qarabağdan üçüncü reportajını dərc edib. Məqalədə deyilir ki, Cənubi Qafqazda tanınmamış respublika olan Dağlıq Qarabağın keçmiş müdafiə naziri Arman Meliqyan sərhəddəki torpaqlar Azərbaycandan qaçmış ermənilərə təklif olunmasını təklif edir. Bbununla da onların Azərbaycandakı mülkləri kompensasiya edilər.
Məqalədə bir neçə erməni rəsmisinin fikirləri də öz əksini tapıb. Onlar Azərbaycanın ermənilərə Bakıda qoyub getdiyi evləri üçün konpensasiyaların ödənilməsini vacib sayırlar.
Qeyd edək ki, “The Washington Post”dakı bu və bundan əvvəlki iki məqalədə Böhran Reportyorluğu üzrə Pulitzer Mərkəzinin əməkdaşlığı ilə hazırlanıb. anspress
DOSTLARINLA PAYLAŞ: