Ermənilər Azərbaycan tərəfinə keçmək istəyən qadını güllələdilər
21 Dekabr 2009 Bazar Ertəsi 11:05
Qadını təmas xəttini keçərək Azərbaycan Ordusunun mövqelərinə yaxınlaşıbmış
Azərbaycan və Ermənistan qoşunlarının təmas xəttinin Ağdam istiqamətində Ermənistan ordusunun nəzarəti altında olan hissəsindən Azərbaycan tərəfə keçmək istəyən erməni qadın güllələnib.
ANS-in Qarabağ bürosundan aldığımız məlumata görə, hadisə dekabrın 20-də günortadan sonra baş verib.
Həlak olan qadının meyidi Azərbaycan tərəfindədir. Müdafiə Nazirliyi mətbuat xidmətində hələlik bu barədə məlumat araşdırılır. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar