Ermənilər Azərbaycan Ordusunun əsgərini yaralayıblar
01 Sentyabr 2012 Şənbə 15:18
Ermənilərin atəşkəsi pozması nəticəsində Azərbaycan Ordusunun əsgəri yaralanıb.
APA-nın məlumatına görə, hadisə cəbhənin Ağdam rayonu istiqamətində qeydə alınıb. Ermənistan silahlı birləşmələrinin açdığı atəş ordumuzun əsgəri Ceyhun Tehran oğlu Məmmədliyə dəyib. Nəticədə əsgər ağır vəziyyətdə hospitala yerləşdirilib.

Qeyd edək ki, Azərbaycan Ordusunun Macarıstanda həbsdə olan zabiti Ramil Səfərovun ölkəmizə ekstradisiya olunması və prezident İlham Əliyev tərəfindən əfv olunmasından dərhal sonra Ermənistan ordusu hazır vəziyyətə gətirilib. Ermənistan prezidentinin internet saytında yerləşdirilən məlumata görə, Serj Sarkisyan Təhlükəsizlik Şurasının fövqəladə iclasında bildirib ki, İrəvan son hadisə ilə barışa bilməz və konkret addımlar atmalıdır.


DOSTLARINLA PAYLAŞ:

oyunlar