Ermənilər Azərbaycan ərazilərinə mina axıdıb
13 May 2010 Cümə Axşamı 11:20
Artıq Tərtər və Xaçın çaylarında 5 ədəd mina tapılaraq zəərsizləşdirilib.
ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin mandatına uyğun olaraq bu gün Azərbaycanın Tərtər rayonunun Qapanlı kəndindəki təmas xəttində növbəti monitorinq keçiriəcək. ANS PRESS-in bölgə müxbirinin verdiyi məlumata görə, monitorinqdən əvvəl ATƏT nümayəndələri Tərtər rayon icra hakimiyyətində olublar.

Görüş zamanı ATƏT nümayəndələrinə bildirilib ki, rayonun kənd və yaşayış məntəqələri mütəmadi olaraq Ermənistan silahlı qüvvələri tərəfindən atəşə tutulur. Nəticədə cari ilin fevralın 8-də keçirilən monitorinqdən indiyədək atəşkəs rejimi 123 dəfə pozulub. Atışmalar təqribən yarım saat davam edib. Nəticədə ermənilərin hücum cəhdlərinin qarşısını almağa çalışan zaman Azərbaycan Ordusunun bir hərbçisi şəhid olub, daha ikisi isə yaralanıb.

ATƏT nümayəndələrinə o da bildirilib ki, son günlər yağan leysan yağışlarla əlaqədar olaraq yaranan daşqınlardan istifadə edən ermənilər Azərbaycanın nəzarəti altında olan ərazilərə partlamamış döyüş sursatları və minalar axıdıblar. Son 20 gün ərzində Tərtər və Xaçın çaylarında 5 ədəd mina tapılıb ki, bu da ANAMA tərəfindən zərərsizləşdirilib.

Qeyd edək ki, monitorinqi Azərbaycan tərəfdə ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin Ofisinin koordinatoru İmre Palatinus və səhra köməkçisi Jaslan Nurtazin keçirir. Azərbaycanın beynəlxalq səviyyədə tanınan ərazisi sayılan təmas xəttinin qarşı tərəfində isə monitorinqi ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin səhra köməkçiləri Antal Herdiç və Uilyam Proyor keçirir. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar