Ermənilər Azərbaycan-Alban toponimlərini dəyişdirib, saxta tarix yaradırlar
29 Sentyabr 2011 Cümə Axşamı 13:35
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Hidayət Orucov belə deyib.
Azərbaycan ölkədə çoxmillətliliyin və çoxdiniliyin saxlanması və inkişafı siyasətinə sadiqdir. Bu barədə ölkə prezidentinin administrasiyasının ictimai-siyasi şöbəsinin rəhbəri Əli Həsənov bildirir.

"Çoxmillətlilik, bir çox dinlərin mövcudluğu Azərbaycanın sərvətidir", -deyə Həsənov cümə axşamı Bakıda Rusiya və Azərbaycanın dini xadimlərinin və ilahiyyatçılarının iştirak etdiyi “Qafqazda ekstremizm ideologiyasının yayılmasının qarşısının alınması" mövzusunda keçirilən elmi-praktiki konfransda çıxışı zamanı bildirib.

Onun sözlərinə görə, dünyada bəziləri İslam dini ekstremizmlə əlaqələndirmək istəyirlər. “Lakin heç kim İslama belə möhür vura bilməz", - deyə o bildirib.

Prezident administrasiyasının nümayəndəsi qeyd etdi ki, Azərbaycan, özü etnik separatizmin qurbanıdır. "1990-cı illərdə Azərbaycanın rastlaşdığı etnik separatizm, bu gün həmçinin Ermənistan tərəfindən dəstəklənməyə davam edir. Ölkəsində ekstremizm nəticəsində 1 milyondan çox qaçqın və məcburi köçkünü olan Azərbaycan deyil, həm də erməni xalqının özü milli ekstremizmin qurbanı olub", - deyə Əli Həsənov bildirir.

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Hidayət Orucov öz çıxışında bildirib ki, həm müxtəlif dinlərin və xalqların nümayəndələri, həm də işğal edilmiş ərazilərdə və hazırda Ermənistan adlandırılan Qərbi Azərbaycanda olan dini-tarixi abidələr və başqa mədəniyyət nümunələri də təcavüzün qurbanı olub.

"Azərbaycan xalqının inkişafının ən əhəmiyyətli mərhələsini təşkil edən alban abidələri saxtalaşdırılıb və qriqorianlaşdırılmaya məruz qalıb. Erməni tarixçiləri hər hansı dəlil olmadan Azərbaycan-Alban toponimlərini dəyişdirməyə və saxta tarix yaratmağa davam edirlər", - deyə o bildirib.

Bununla yanaşı o qeyd edib ki, Qafqazda yaşayan xalqlar yalnız dini problemlərin həlli sahəsində deyil, həm də regional münaqişələr, həmçinin terrorizm ideologiyasının aradan qaldırılması istiqamətində səylərini artırmalıdırlar.

"Qafqaz xalqları təcavüzə məruz qalmış qonşularını müdafiə etməlidirlər, çünki bütün avraamistik dinlərdə ədalətsizliyə qarşı etirazın bildirilməsi və zülm qurbanlarına dəstək hər bir insanın mənəvi borcudur", - deyə o bildirib. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar