Ermənilər Ağdamın işğal altındakı ərazilərinə od vurublar
15 İyul 2009 Çərşənbə 12:40
Alovları təmas xəttində monitorinq keçirən ATƏT nümayəndələri də müşahidə edib

 

Ermənilər bu gün səhər saatlarında işğal altındakı ərazilərdə yenidən yanğınlar törədiblər. ANS PRESS-in bölgə müxbirinin məlumatına görə, alovlar əsasən Ağdam rayonunun Göytəpə, Ətyeməzli, Çəngərli və şəhər ətrafındakı ərazilərində müşahidə edilirlər. Qeyd edək ki, bu gün ATƏT nümayəndələri Ağdamın Əfətli kəndi yaxınlığında monitorinq keçiriblər. Yanğınlar törədildiyi ərazilər isə monitorinq keçirilən yerdən 2-3 km aralıda yerləşib və qurum nümayəndələri alovları uzaqdan müşahidə ediblər.
Yanğınlar bu saata kimi davam edir.


Şahin Rzayev /ANS PRESS/

 



DOSTLARINLA PAYLAŞ:

oyunlar