Ermənilər ABŞ-dakı seçkilərdən nə gözləyirlər?
05 Noyabr 2012 Bazar Ertəsi 00:51
Prezidentliyə namizədlər erməniləri məyus ediblər.
Amerika Erməni Milli Konqresi bəyan edib ki, Birləşmiş Ştatlardakı prezident seçkilərində namizədlərdən heç birini dəstəkləmir. ANS PRESS-in “The Fresno Bee”yə istinadən verdiyi məlumata görə, Mitt Romninin ermənilərlə bağlı məsələlərə biganəliyi onu deməyə əsas verir ki, o, ermənilər üçün təhlükəli seçimdir.

Barak Obamaya gəlincə, o, ermənilərə böyük məyusluq yaşadıb. Ermənilər hesab edirdilər ki, o, öz sələfi ilə həmfikirdir və qondarma “erməni soyqırımı” iddialarına tanıyacaq. Lakin Barak Obama prezident seçiləndən dərhal sonra Türkiyəyə səfər etdi, Ermənistanın düşməni ilə müttəfiqliyə başladı.

Ermənilərin ABŞ prezidentliyinə namizədlərlə səs alveri seçkiyə az qalmış daha da sürətlənib. Onlar bəyan ediblər ki, Mitt Romni “erməni soyqırımı” iddialarına dəstək versək, ermənilərin səsini qazana bilər. Eyni təklif Barak Obamaya da ünvanlanıb. Amma namizədlərdən heç biri indiyədək qondarma erməni iddialarına dəstək verməyiblər və noyabrın 6-nadək belə bəyanatın olacağı gözlənilmir.


DOSTLARINLA PAYLAŞ:

oyunlar